Адвокат Vəkil. Член Коллегии Адвокатов. Vəkillər Kollegiyasının üzvü. Юрист со стажем 15 лет✨. Обучаю законам и как защитить свои права © 😉

Другие видеоролики блогера «Kamala Rahimova Юрист|Lawyer (legal_live)»

1 817

legal_live Vəkil olduqdan sonra insanları və situasiyaları daha yaxşı analiz etmək bacarığım.😂

15 марта 2026
Просмотры
1 817
Подписчиков
43 793
vER
4,1%
Категории
Рилсы в топе
legal_live
2 081

legal_live Обещаю удалить эти видео, когда он вырастет и, если попросит об этом. А пока мама хочет набрать много лайков и просмотров и обещает купить ему за это подарок. 🤗

Söz verirəm ki, o böyüyəndə və bunu xahiş edərsə, bu videoları siləcəyəm. Amma hələlik ana çoxlu лайк və baxış toplamaq istəyir və buna görə ona hədiyyə alacağını vəd edir😉

7 марта 2026
Просмотры
2 081
Подписчиков
43 793
vER
4,8%
Категории
Рилсы в топе
legal_live
2 701

legal_live İndi xəyanət halında mənəvi kompensasiya almaq mümkündür.
Yenə həmin məşhur Ali Məhkəmənin Plenum qərarından söhbət gedir.
Hər bir ər-arvad digər tərəfin hüquq və azadlıqlarına hörmət etməli, ailənin xeyrinə hərəkət etməli və tərəfdaşın hüquqlarını pozmamalıdır.
Xəyanət zamanı tərəfdaşın etimadı və şərəfi pozulur ki, bu da nikah və ailə qanunvericiliyində nəzərdə tutulmuş şəxsi hüquqların pozulması əlamətləri altına düşür.
Hətta ər-arvaddan birinin xəyanəti halında belə digər tərəf mənəvi zərərin ödənilməsini tələb edə bilər, çünki xəyanət digər tərəfin şəxsi hüquqlarını — şərəfini, ləyaqətini, etimadını və nikahda qarşılıqlı öhdəliklərini pozur. Kompensasiya məbləği konkret hallar və pozuntunun ağırlığından asılıdır.

6 марта 2026
Просмотры
2 701
Подписчиков
43 793
vER
6,2%
Категории
Рилсы в топе
legal_live
2 358

legal_live А вы для чего усердно работаете?
Bəs siz nə üçün işləyirsiniz?🤪

5 марта 2026
Просмотры
2 358
Подписчиков
43 793
vER
5,4%
Категории
Рилсы в топе
legal_live
5 543

legal_live Nikahda hər şeyi demək olar deyə düşünürsünüz?
Xeyr.

Söhbət Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun müvafiq qərarından gedir.

Qərara əsasən, ər-arvad münasibətlərində aşağıdakı davranışlar yolverilməzdir:

❌ həyat yoldaşını alçaltmaq və ya təhqir etmək
❌ onun çəkisini və ya xarici görünüşünü müzakirə edərək mənfi ifadələr işlətmək
❌ ailə sirlərini üçüncü şəxslərə açıqlamaq
❌ başqalarının yanında “yararsızdır”, “ailəni təmin etmir”, “məni qane etmir” kimi ifadələr səsləndirmək
❌ xəstəlik və ya hamiləlik dövründə laqeyd münasibət göstərmək
❌ həyat yoldaşını yaşadığı evdən qovmaq

Hətta sistemli və davamlı şəkildə kobud münasibət və dəyərdən salma da şəxsi hüquqların pozuntusu hesab olunur.

Belə hallarda mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək mümkündür.

Məhkəmə qərar qəbul edərkən aşağıdakı halları nəzərə alır:
🔹 nikahın müddətini
🔹 tərəflərin yaşını
🔹 sağlamlıq vəziyyətini
🔹 alçaldılmanın və mənəvi iztirabın dərəcəsini

Kompensasiyanın məbləği hər iş üzrə fərdi qaydada müəyyən edilir.

💡 Nikah bərabərhüquqlu tərəflərin ittifaqıdır və bu münasibətlərdə alçaltmaya yer yoxdur.

27 февраля 2026
Просмотры
5 543
Подписчиков
43 793
vER
12,7%
Категории
Рилсы в топе
legal_live
1 347

legal_live “Mal geri qaytarılmır” — Azərbaycanda satıcıların ən çox yaydığı yalandır.

Ən çox bu yalanı məhz Instagram butikləri istifadə edir.
Əslində siz məhsulu geri qaytara bilərsiniz, hətta rəngi sizə uyğun gəlməsə belə və hətta endirimdə olsa belə.

Bu sadəcə bir qaydadır. İstehlakçı hüquqlarının qorunması ilə bağlı daha çox bilikləri “Özün öz hüquqşünasın” kursumda əldə edə bilərsiniz.

Məhsulun geri qaytarılma müddətləri, zəmanət şərtləri, eləcə də satıcı qarşısında hüquqlarınızı necə qorumaq lazım olduğunu “Özün öz hüquqşünasın” kursumda öyrənin.
Əgər bu sizə maraqlıdırsa, şərhlərdə bir “+” qoyun.

25 февраля 2026
Просмотры
1 347
Подписчиков
43 793
vER
3,1%
Категории
Рилсы в топе
legal_live
5 738

legal_live Mən sadəcə öz hüquqlarımı müdafiə edirdim, amma mənə belə bir mesaj göndərdilər.

Və başa düşdüm ki, bir çox insan öz hüquqlarını müdafiə etmir, çünki “rahat” olmağa öyrəşiblər. Çünki onlara artıq-əksik görünməməyi, göz yummağı — təki onlara toxunmasınlar — öyrədiblər və s.

Amma nəticədə onlar hətta ən əsas hüquqlarını belə qoruya bilmirlər.
Və ən çox “qışqıranların” qarşısında uduzurlar.

Əgər siz susmayanlardansınızsa, sizin üçün xüsusi olaraq hüquq üzrə baza kursu yaratmışam ki, hüquqlarınız pozulduqda özünüzü müdafiə edə biləsiniz.

Ətraflı məlumat üçün mesajlarda + işarəsi qoya bilərsiniz.

23 февраля 2026
Просмотры
5 738
Подписчиков
43 793
vER
13,1%
Категории
Рилсы в топе
legal_live
23 829

legal_live Есть такой нюанс🤪Что думаете по этому поводу?

21 февраля 2026
Просмотры
23 829
Подписчиков
43 793
vER
54,4%
Категории
Рилсы в топе
legal_live
4 825

legal_live 102-yə zəng etməli oldum.

Vəziyyət belə idi: restoranda elektron siqaret çəkirdilər.
Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanuna əsasən elektron siqaretlər tütün məmulatlarına bərabər tutulur və onların istifadəsi ictimai yerlərdə, o cümlədən kafe və restoranlarda qadağandır.

Nəticədə polis gəldi, müəssisə cərimələndi, məndən isə əlavə olaraq yazılı izahat verməyimi xahiş etdilər.

Mən bu barədə bloqda danışdım və çoxlu dəstək mesajları aldım, həmçinin qanunvericiliyə keçid göndərməyimi xahiş edənlər oldu.

Amma ən əsası — bir mesaj aldım ki, ondan sonra qərar verdim sizə kursum haqqında danışım.

Mən hüquqşünas olmayanlar üçün kurs yaratmışam — öz hüquqlarını öyrənmək istəyən insanlar üçün.
Bu bir növ mini baza kimidir: orada hər şey var — ailə hüququndan tutmuş biznesin açılmasına qədər.

Əgər maraqlıdırsa, şərhlərdə “+” qoyun ❤️

18 февраля 2026
Просмотры
4 825
Подписчиков
43 793
vER
11,0%
Категории
Рилсы в топе
legal_live
5 552

legal_live Mənzil alarkən müqavilədə buraxılan bir səhv sizə minlərlə manata başa gələ bilər!

Mənzil alarkən yalnız qiymətə deyil, həm də onun hüquqi tərəfinə diqqət yetirmək vacibdir.

Yoxlanmalı əsas məqamlar:
• Tikinti şirkətinin mülkiyyət hüququ
• Tikintiyə dair sənədlər
• Torpaq sahəsinin təyinatı

Alqı-satqı müqaviləsi mütləq notarial qaydada rəsmiləşdirilməlidir
və müqavilədə aşağıdakılar mütləq göstərilməlidir:
• Mənzilin təhvil verilmə müddəti
• Cərimə şərtləri
• Ödəniş qaydası
• Tərəflərin məsuliyyəti

Düzgün rəsmiləşdirmə olduqda ƏDV-nin bir hissəsini geri almaq mümkündür.

ƏDV-nin qaytarılması üçün tələb olunur:
• Rəsmi, notarial qaydada təsdiqlənmiş müqavilə
• Nağdsız ödəniş
• Sənədlərin düzgün rəsmiləşdirilməsi

Mənzil almaq risk deyil — əgər hər şey düzgün rəsmiləşdirilibsə!
@bahar_residence

Tərəfdaşlıq.
Bahar Residense
VÖEN : 2008418141
Ünvan: Zərifə Əliyeva 93
Əlaqə: *3331

4 февраля 2026
Просмотры
5 552
Подписчиков
43 793
vER
12,7%
Категории
Рилсы в топе
legal_live
Закрыть